Ukrayna silahlı qüvvələri Xarkov vilayətində əks-hücum nəticəsində bir neçə yaşayış məntəqəsini azad edib.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.
Sinegubov deyib ki, Bazalievka, Lebyajye və Kutuzovkanın bir hissəsinə nəzarət bərpa edilib.
Əks-hücum zamanı Ukrayna hərbçiləri Malaya Roqan kəndi ərazisində daha da şərqə doğru irəliləyib.