Ukrayna kəşfiyyatı Suriya və Ukraynada döyüşən və Rusiya ilə bağlantısı olan “Vaqner” adlı qruplaşmanı deşifrə tam deşifrə edə bilib.
206 nəfərlik siyahıda Ukrayna, Belarus, Ermənistan, Moldova, Qazaxıstan və Özbəkistandan olan döyüşçülər yer alır.
Üstəlik sözügedən qrupdan 58-nin bir neçə ay öncə Suriyanın Deyr əz-Zor bölgəsində öldürüldüyü deyilib.
Məlumatda daha öncə Suriya və Ukraynada muzdlu olaraq döyüşən 600-ə yaxın “Vaqner” üzvünün öldürüldüyü xatırlanıb.