Ukraynada deputatların sayı azaldılacaq

Ali Radanın sədri Dmitri Razumkov parlamentin növbəti sessiyasında deputatların sayının azaldılması ilə bağlı Konstitusiyaya dəyişikliklərin edilməsinə baxılacağını bildirib.

Türk.az Lenta.ru-ya istinadən xəbər verir ki, parlamentdə hələ ötən ilin avqustun 29-da qeydə alınan qanun layihəsi deputatların sayının 450-dən 300-ə salınmasını nəzərdə tutur. Hazırda qanun layihəsi Radanın profilli komitəsindən keçib.

Qeyd edək ki, Ali Radanın növbəti sessiyası bu il fevralın 4-də olacaq. 450 üzvü olan Ukrayna parlamentinə seçkilər hər beş ildən bir keçirilir.

Əvvəlki“İnterpol”un keçmiş rəhbərinə 13 il 6 ay həbs cəzası verilib
NövbətiAzərbaycanın dağ-xizək kurortları MDB-də “TOP-10”a daxil edilib