Ukraynada son sutkada 543 nəfər koronavirusa yoluxub, 13 nəfər ölüb. Ən çox yoluxma Kiyev, Lvov və Rivne vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 49 min 43 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1262 nəfərdir. 21 min 703 xəstə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb. Kiyev və 13 bölgədə karantin vəziyyəti sərtləşdirilib.