Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsini həyata keçirən növbəti çarter reysi Bakıya enib və 201 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
“Report” “Azərbaycan Hava Yolları”na (AZAL) istinadən xəbər verir.
Məlumata görə, AZAL-ın Rumıniyanın Yassı şəhərindən həyata keçirilən çarter reysləri ilə 201 nəfər, o cümlədən 18 körpə ölkəyə gətirilib.