Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində yaralananların sayı 129-a çatıb.
“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Çerniqov hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus deyib.
128 nəfər tibbi yardım üçün müraciət edib. Hazırda 46 nəfər xəstəxanalardadır.
Qeyd edək ki, hadisə nəticəsində 7 nəfər ölüb. 60-dan çox ev dağıntılar nəticəsində zədələnib.
Avqustun 19-21-də şəhərdə matəm elan edilib.