Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Statistika Komitəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə tədbirlərinin keçirilməsində məqsəd yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir.