Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi qərargahında “Heydər Əliyev və TÜRKSOY” mövzusunda konfrans və “TÜRKSOY-un mübarək yolu” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə TÜRKSOY tərəfindən birgə təşkil olunan mərasimdə rəsmi şəxslər, millət vəkilləri, geniş ictimaiyyətin təmsilçiləri, tanınmış alimlər və ədəbiyyatçılar, Ümummilli Lider Heydər Əliyev ilə ünsiyyətdə olmuş şəxslər iştirak ediblər.
Əvvəlcə TÜRKSOY-un foyesində Ulu Öndərin həyat yolunu əks etdirən kitab və fotosərginin açılışı olub.
Konfransın açılış mərasimində “Heydər Əliyev və TÜRKSOY” mövzusunda sənədli film nümayiş edilib. Mövzu ətrafında geniş çıxışlar dinlənilib.
Tədbirin sonunda fəxri fərmanlar təqdim edilib.