Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ili üçün əcnəbi tələbələrin qəbulu davam edir.
Bu barədə AZƏRTAC-a UNEC-dən məlumat verilib. Bildirilib ki, müraciət etmək istəyən əcnəbi namizədlərin UNEC-in saytında verilmiş link üzərindən qeydiyyatdan keçməklə lazım olan sənədləri sistemə daxil etmələri tələb olunur.
İkili vətəndaşlığı və daimi yaşayış icazəsi olmayan əcnəbi vətəndaşlar müraciət edə bilərlər.
Müraciətlərin qəbulu avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, bakalavr diplomlarını xarici universitetlərdən almış namizədlərin bu sənədi Azərbaycanda nostrifikasiya etdirmələri tələb olunur. Nostrifikasiya üçün xarici diplomlara həmin ölkənin müvafiq strukturları tərəfindən apostil alınması lazımdır.