UNESCO rəsmisi AZAL-ın təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib

UNESCO baş direktorun müavini Firmin Eduard Matoko Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyini ziyarət edərək, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad edib.

“Report”un yerli bürosu bildirir ki, F.Matoko Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev ilə görüşüb.

O, faciə ilə əlaqədar təmsil etdiyi beynəlxalq qurum adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xatirə kitabına ürək sözlərini yazıb.

ƏvvəlkiKİV: AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” HHM-nin hücumuna məruz qalıb
NövbətiTəyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının növbəti iclası keçirilib