“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə insan alverinə qarşı mübarizə sahəsində QHT layihələrinin maliyyələşməsi ilə bağlı həyata keçirdiyi “Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin keçirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işin aparılması” layihəsinin icra planına uyğun olaraq 25.10.2019-cu il tarixdən 15.12.2019-cu il tarixə kimi 2 regionda (Ağdaş, Yevlax ) və Bakı şəhərindəki məktəblərdə (Sabunçu ,Suraxanı, Binəqədi rayonu) təhsildən yayınan və məcburi əməyə cəlb edilən, eləcə də küçələrdə dilənməyə məcbur edilən uşaqlarla bağlı monitorinqlər apararaq, sosial təhlükəli uşaqları müəyyən edərək, onları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması ilə bağlı proflaktik işlər həyata keçirmişdir.
Keçirilmiş monitorinqlərin nəticəsi olaraq bildiririk ki, uşaqların təhsildən yayınması, baxımsız qalması ilə bağlı məktəblərdə nə qədər ciddi iş aparılsa da, amma yenə nöqsanlar var. Uşaqların təhsildən yayınmasına təsir göstərən əsas amillərdən biri valideyn məsuliyyətsizliyidirsə, digər faktor isə bir çox məktəblərdə davamiyyətə olan nəzarətin zəif olmasından, müəllim- valideyn münasibətlərinin düzgün qurulmamasından və ailə ilə məktəb arasında vahid tərbiyəvi mühütin olmamasından irəli gəlir.