“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” adlı layihəsinin icrasını davam etdirir.
“Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hüquqi problemlərinin çözülməsində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olmasını onların qanuni mənafelərinin müdafiə olunmasınında çətinliklərin nəzərə alaraq Salyan, Astara və Cəlilabad rayonlarında tədbirlər təşkil etmişdir.
Regionlarımızda keçirilmiş tədbirləri giriş sözü ilə açan “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev regionlarda Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin hüquqi problemlərinin kifayət qədər olmasını, onların həlli yollarının aşkar edilməsini, bu sahədə maarifləndirmə tədbirinin kifayət etməməsini və buna görə də tədbir iştirakçılarının müraciətlərinin hazırlanaraq dövlət orqanlarına göndərilməsinin zəruriliyini qeyd etmişdir. Layihəyə göstərilən maliyyə dəstəyinə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və təşkilati dəstəyə görə isə rayon rəhbərliyinə öz minnətdarlığını bildirmişdir.
“Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinə sosial təminat hüququ sahəsində dəstəyin verilməsi” adlı layihəsinə hüquqşünas kimi cəlb olunmuş, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Araz Nurməmmədov hüquqi problemi olan şəxsləri dinləmiş, tədbir iştirakçılarının hüquqi problemlərinin həlli üçün həmin şəxslərin müraciətlərini və onların əlaqə vasitələrini qeyd etmişdir. Ümumilikdə, 36 nəfər şəxsin müraciətləri qeydə alınmış, hazırda həmin müraciətlərin hazırlanması istiqamətində layihənin hüquqşünası tərəfindən müvafiq tədbirlər görülməkdədir.
Sonda şəhid ailələri və vətən müharibəsi iştirakçıları layihəyə maliyyə və təşkilatı dəstək verən dövlət təşkilatlarına və layihənin işçi qrupuna öz minnətdarlıqlarını bildirmişlər.