Vətən müharibəsində ümumilikdə 988 idmançı iştirak edib.
Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədovanın “Report”a verdiyi məlumata görə, onlardan 320-si şəhid olub.
Şəhidlərin 179-u futbolla, 27-si güləşlə, 24-ü isə cüdo ilə məşğul olub.