Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Müdafiə Nazirliyi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün azad edilmiş ərazilərimizə media-turlar təşkil olunub.
Media nümayəndələri bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə çəkilişlər aparıb, orada xidmət edən Vətən müharibəsi iştirakçılarından müsahibələr götürüblər.
Hərbi qulluqçular 44 günlük müharibə ərzində icra olunan döyüş əməliyyatlarından xatirələrini media nümayəndələri ilə bölüşüblər.
Media-turlar çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələri şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi hissələrdə yaradılan məişət şəraiti ilə də yaxından tanış olublar.