Azərbaycanda ekologiya sahəsində ixtisaslaşan QHT Koalisiyası olan “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyası olaraq bu il üçün həyata keçirəcəyi tədbirləri və strateji sənədini içtimayyətə təqdim etmək üçün mart 29-da saat 11.00-da dövlət qurumlarının əməkdaşlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində “Vətəndaş cəmiyyətinin və ictimaiyyətin rolu nə ola bilər” adlı konfrans keçirildi.
Konfransda Kənd təsərrüfatı nazirliyi, Elm və təhsil nazirliyi, ARDNŞ, “Azəriqaz” İB, “Təmiz Şəhər” ASC, “Azərsu” ASC, “Səma və Eko sosial-iqtisadi inkişafa yardım İctimai Birliyi, “Demokratiyanın Monitoru” qeyri-hökumət təşkilatı, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, “Qadın və uşaqların innovativ maarifləndirilməsinə dəstək” ictimai birliyi, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə ictimai birliyi, “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maariflındirmə ictimai birliyi, “Sağlam Həyata Doğru” ictimai birliyi, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək ictimai birliyi nümayəndələri iştirak etmişlər.
Konfransın işini “Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platforması QHT Koalisiyasının kordinatoru Samir Həsənovun çıxış nitqi ilə başlamış, tədbirin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində keçirilməsinə şərait yaratdığı üçün nazirliyə minnətdarlığını bildirmişdir. Koalisiyanın işçi qrupunun üzvü kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov qonaqlara mövcud ekoloji problemlər barəsində hazırladığı hesabatı təqdimat etmişdir. Təqdimat bitdikdən sonra konfrans iştirakçıları təqdimat ətrafında müzakirələrdə aktiv iştirak etmişlər. Sonda iştirakçılar fəaliyyətin, təkliflərin və tövsiyələrin müzakirəsinmi təşkil etmişlər.
Konfrans koalisiyanın kordinatorunun yekun sözü ilə işini tamamlamışdır.