Bu gün (10.11.22) “Demirçi Tover” Biznes Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Dənizkənarı çimərliklərinin məişət tullantılarından təmizlənməsi” layihəsi çərçivəsində hazırlana “Mavi Xəzər” sənədli filminin və videoçarxın təqdimatına həsr olunan üç tədbir keçirildi.
Hər üç təqdimat törənində layihə rəhbəri Taleh Əliyev iştirakçılara layihə çərçivəsində hazırlana “Mavi Xəzər” sənədli filmi və sosialçarx haqqına ümumi məlumat verərək bildirdi ki, sənədli filimdə QHT sektorunun tanınmış ekspertləri Sadiq Həsənov, Səməd Vəkilov və Eyyub Kərimli Xəzər dənizinin flora və faunası, hüquqi statusu və iqtisadi resursları haqqında dəyərli fikirlərini bölüşüblər. Hazırlanan sosialçarxda isə Xəzər dənizinin sahilində yerləşən çimərliklərin hazırkı durumu, dünyada mövcud olan turistlərin və yerli sakinlərin istifadə etdiyi mavi bayraqlı çimərliklər və İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri ətrafında yaradılan ictimai çimərliklər haqqında geniş məlumatların olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Sonra sənədli film və sosialçarx nümayiş olundu və layihəsi çərçivəsində hazırlanan maarifləndirici buklet iştirakçılara paylanıldı. Layihə çərcivəsində planlaşdırılan növbəti təqdimat mərasimləri sabah eyni məkanda təşkil olunacaqdır.