Paytaxt məktəblərinin yerləşdiyi ərazilərdə – küçə və prospektlərdə yol polisi gücləndilmiş iş rejimində çalışır.
Bu barədə Türk.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Pıisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, nəzərdə tutulan tədbirlər yüksək peşəkarlıqla icra olunur:
“Yol polisi əməkdaşları “Son zəng” mərasimlərində fəal iştirak edir. İştirakçı sayının çoxluğuna görə sıxlıq müşahidə edilən yollarda müvafiq tədbirlər görülür ki, vaxt itkisinə səbəb olacaq hallar baş verməsin, “məzun günü” övladlarımızın həyatında unudulmaz xoş xatirələrlə yadda qalsın. Bir daha hərəkət iştirakçılarını diqqətli və məsuliyyətə olmağa səsləyirik, tədbirləri məktəb ərazilərində qəbul edilmiş reqlamentə əsasən həyata keçirməyi tövsiyə edirik”.