2022-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 15 milyard 541 milyon 509,8 min manat vergi daxil olub.
Dövlət Vergi Xidmətindən AZƏRTAC –a bildirilib ki, əvvəlki illə müqayisədə vergi daxilolmaları 82,2 faiz və ya 7 milyard manatdan çox artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 134 milyon 875,9 min manat təşkil edib. 2021-ci illə müqayisədə bu sektordan vergi daxilolmaları 27,9 faiz və ya 1,8 milyard manat artıb.