Vilayət Eyvazov polkovnik Rəşadət Babayevi işdən qovdu

Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən qovulub.

Enter.News xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

Enter.News xatırladır ki, Rəşadət Babayev Alay komandiri ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində rəis müavini idi. O, bu vəzifəni ötən ilin oktyabrında itirib.

Həmin vaxt onun yerinə polkovnik-leytenant Rəşid Piriyev gətirilib.

Onu da qeyd edək ki, Rəşadət Babayev Azərbaycanda sürücülərin ən çox narazılıq etdiyi polis polkovniki idi.

news-detail

Onunla bağlı internetdə bir dənə də olsun müsbət xəbərə rast gəlmək mümkün deyil.

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova, bu cür uğurlu addıma görə, ölkə ictimaiyyəti adından təşəkkür edirik.

ƏvvəlkiATƏT-in yeni sədri prioritetlərini açıqlayıb
NövbətiAtəşkəs rejimi 22 dəfə pozulub