Vyetnam parlamenti hakim Vyetnam Kommunist Partiyasının (VKP) Mərkəzi Komitəsinin katibliyinin üzvü Vo Van Txıounqu ölkə prezidenti postuna təsdiq edib.
“Report” xəbər verir ki, bu barədə məlumat Vyetnam hökumətinin internet portalında öz əksini tapıb.
Belə ki, siyasətçinin namizədliyini 488 deputatdan 487-si (98,38%) dəstəkləyib.
Nəticələr elan edildikdən dərhal sonra dövlət başçısının andiçmə mərasimi baş tutub. Təsdiqləndikdən sonra o, parlament deputatları qarşısında vətənə, Vyetnam Kommunist Partiyasına və Vyetnam xalqına sədaqət andı içib.
Beləliklə, 52 yaşlı Vo Van Txıounq Vyetnamın 12-ci prezidenti olub. Ondan əvvəl dövlət başçısı yanvarın 17-də istefa vermiş Nquen Suan Fuk olub. Prezident yüksək vəzifəli şəxslərlə bağlı davam edən korrupsiya qalmaqalına görə məsuliyyəti öz üzərinə götürüb.