Neçə gündür ki, mediani və sosial şəbəkələri zəpt edən əri tərəfindən saçları kəsilərək ağır işgəncələrə məruz qalan qadının müzakirəsi mənim maraq obyektimdən də yan keçmədi. Bu mövzu ilə bağlı müzakirələrdəki şərhlərə baxdıqda adami vahimə bürüyür. Fikir ayrılığı çox olsa da tükürpədici şərhlər üstünlük təşkil edir. Təhqir və mühakimələrlə dolu şərhlərin sahibləri yəqin ki, özləri də qadınların şiddət gördüyü ailələrin övladları və ya başçılarıdır. Çünki bir deyim var: “Aşıq gördüyünü çağırar” . Bir çox dostlarım mənə “Niyə bu mövzuda heç nə yazmadın ?” deyəndə mənim cavabım eyni olur: “çeynənmiş mövzular məni cəlb etmir”. Mən bu məsələ üzərindən diqqətləri başqa nüansa çəkmək istədim.
Mən xəyanətə heç bir vəchlə haqq qazandırmıram. Bir qadın-istər evli olsun, istər boşanmış, həyatında biri varsa ,o münasibəti bitirməmiş nə beyninə, nə ruhuna, nə yatağına başqa birisini buraxmamalıdır. Əgər buraxarsa, şah qızı belə olsa bu əməlin bir adı var mənim aləmimdə-fahişəlik. İndi bir çoxları çıxıb deyəcək ki, Azərbaycanda durumu bilmirsinizmi? Qadınlar əzilir. Ailə sıxışdırır. Boşanmağa imkan vermir. Bunun qarşılığında sizə belə bir sual verim mən. Başqa kişinin qucağına qalxmaq kimi təhlükəli yola çıxan qadın üçün Məhkəmə pilləkənlərini qalxmaq belənmi çətindir? Niyə o qadın yoxuşu qoub,özünü uçuruma tərəf sürükləyir? Onu buna təhrik edən səbəblər nədir İkinci bir sual doğur. Bir qadının isti ocağı , xoşbəxt ailəsi varsa o, niyə xəyanət etsin ki. Demək ki, qadının xəyanətinin ərsəyə gəlməsində əri də baş roldadır. Əgər ər öz qadınına lazım olan qayğını, nəvazişi , diqqəti vermirsə, qadının da xəbərdar olduğu eyş-işrət macəraları ilə öz xanımını alçaldaraq,”mən kişiəm,mənə olar”deyirsə, o zaman o qadın həyatındakı boşluğu doldurmaq üçün macəra axtarmağa başlayır. Bunun nəticəsində də hansısa şərəfsizə tuş gəlir və olanlar olur.. . Bu qadın xəyanətinin səbəbi. Amma çox vaxt işgəncələrə səbəb bu olmur. Ümumi götürdükdə qadın zorakılığına yol açan səbəblər çoxdur.
Bunlardan ən başlıcası valideyn faktorudur. Əsr olmuş 21,amma nədənsə cəmiyət qız uşaqlarının təhsil almasından qorxur. Bir qadının təhsil alaraq, öz hüquqlarını bilməsi, dünya görüşünü artırması daha yaxşıdır, nəinki, erkən nigaha girərək belə bədbəxtliklərə səbəb olması. Valideyn özü seçir, özü qərarlaşdırır və hələ ana qucağından ayrılmamış, həyatın əsl üzünü görməmiş, uşaqlığını belə doyunca yaşamamış qızını gəlinciklərindən ayıraraq ərə verir. Bu bir insanın heç hazır olmadan başqa bir dünyaya atılması deməkdir. Ailə,maddi sıxıntılar,fərqli xarakterə malik insanların toplumuna qəflət i inteqrasiyaya bu qızcığaz ya tez bir zamanda dözümsüzlük nümayiş etdirir, ya da iradəsi qırılaraq ailənin qanunlarına boyun əymək məcburiyyətində qalır. Hər iki halda zərbə qadına dəyir.
Digər səbəb isə mental qaydalardır. Bizim cəmiyətdə nədənsə oğlan uşaqları evin şahıdır. Onlar əzizlənir,azadlığı sərhədsiz yaşayırlar. Qız uşaqları isə əksinə. Bütün vəhclə sıxışdırılırlar. Vaxt başına çatanda isə qarşılarına bir şərt qoyulur. “Ər evinə getdinsə, oradan meyidin çıxa bilər. ” bax bu ifadə də kişini cürətləndirir. Qadını onun əlində əşyaya çevirir. Statistik məlumatlar göstərir ki, Azərbaycanda qadınların 83%-i ərləri tərəfindən zorakılığa məruz qalırlar. Çox vaxt belə hallar ölümlə nəticələnir. Bu mövzu haqqında düşünərkən internet üzərindən bir araşdırma aparım dedim. Əldə etdiyim məlumatlar məni dəhşətə gətirdi. 2018-ci il ərzində qətlə yetirilmiş 12 qadının adına rast gəldim. İkrah oyadansa odur ki, bu qadınların əksəri keçmiş ərləri tərəfindən öldürülüb.
- Samirə Bədlova ( Ağsu raonu )
- Nigar Mirzəyeva (Bakı şəhəri )
- Xəyalə Şahbazova (Ağstafa raonu)
- Aytac Tağıyeva (Gəncə şəhəri)
- Müşavərin Bayramova (Samux rayonu)
- Əfsanə Məmmədova (Əmircan kəndi)
- Xoşqədəm Hüseynova (Bakı şəhəri)
- Səriyyə Abdullayeva ( Bakı şəhəri)
- Ofeliya İmanova ( Bakı şəhəri)
- Mehriban Alıyeva (Bakı şəhəri)
- Təranə Abbasova (Cəlilabad rayonu)
- Axirə Nadirova (Xırdalan qəsəbəsi)
Ziddinə getsək bu siyahı artar. Nə qədər qadınlar bu gün şiddətə məruz qalır.Nə qədər qadın sağ ikən elə ölü kimi gəzir həyatda. Gəlin qadınlarımıza sahib çıxaq. İnsanlığa sahib çıxaq. Hər şeydən öncə düşünək ki, qadın anadır. Qadın bacıdır. Silahdaş, sirdaş sevgilidir qadın. Əzilərək, təhqir edilərək hüquqları, mənliyi alçaldılan biri bu cəmiyyət üçün elə əzilməyə, zorlanmağa hazır vətəndaş yetişdirəcək. Bütün günü döyülmək qorxusu altında ölümünü qurtuluş yolu kimi gözləyərək nəfəs alan qadın bu Vətənə fərari böyüdəcək qəhrəman yox. Qadınları qorumaqla bütün cəmiyyətimizi məhvdən xilas edək. Qızlarımızın təhsilini təmin edək. Onlara insan kimi baxmağı, yanaşmanı öyrənək. Qadın ən başlıcası insandır. Nə qədər ki qadına sex maşını kimi bacxıb onu ancaq iki ayağının arasından ibarət olduğu düşünüləcəksə, qadın qüquqlarından söhbət gedə bilməz.
Pərvin Abışova.