Noyabrın 24-də Xəzər dənizində maqnitudası 3.2 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:11-də qeydə alınıb.
Ocağı 62 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.