Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti reyd Xəzər dənizinin Ələt qəsəbəsi sahilində keçirilib.
11 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı dənizin Ələt qəsəbəsi sahili qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.
Xəzər dənizinin digər sahillərində reydlər davam etdirilir.