Dekabrın 21-də Xalq artisti Safurə İbrahimova vəfat edib.
Qeyd edək ki, Safurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. 1955-ci ildə 14 nömrəli orta məktəbi bitirib. 1955–1960-cı illərdə “Stalinneft”də, 44 nömrəli orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib.
Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrın 1-də Akademik teatrın truppasına daxil olub. Safurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib. 1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Safurə İbrahimova olub.
Allah rəhmət eləsin.