Avqustun 7-də Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının İcraiyyə Komitəsinin xarici işlər nazirləri səviyyəsində növbədənkənar görüşü keçirilib.
XİN-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Yalçın Rəfiyev təmsil edib.
Tədbir zamanı İsrail-Fələstin münaqişə zonasında son vəziyyət, onun regiona yaratdığı təhdidlər və həll yolları müzakirə edilib.
Görüşün sonunda Yekun Kommünike qəbul edilib.