Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə tanışlıq səfəri təşkil olunub.
On üç dövlətin hərbi attaşelik aparatının 16 nümayəndəsinə əvvəlcə hərbi liseyin tarixi və fəaliyyəti barədə ümumi brifinq təqdim edilib. Sonra qonaqlar liseydəki tədris prosesi ilə tanış olub.
Hərbi attaşelər ziyarətin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.