Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Türk.az-a bildirilib ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatı ilə yoxlanılan zaman monitorda şübhəli predmetlərin təsviri görünüb. Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib.
Lakin yoxlama nəticəsində sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17 min 700 dollar aşkalanıb.
Faktla bağlı araşdırma aparılır.