XİN Bakıda QH-nin Koordinasiya Şurasının Nazirlər Toplantısı barədə məlumat yayıb

İyulun 5-6-da Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Şurasının Nazirlər Toplantısı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin tviter hesabında məlumat verilib.

“Azərbaycan 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 Beynəlxalq Təşkilatın daxil olduğu Qoşulmama Hərəkatının tarixində mühüm rol oynamışdır”, – məlumatda qeyd edilib.

Bildirilib ki, Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, Yekun Sənədlərin, o cümlədən, Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.

 

ƏvvəlkiHakan Fidan: İsveçin NATO-ya üzvlüyünün faydalı olacağı şübhə doğurur
NövbətiATƏT PA Rusiyanı terrorizmin sponsoru kimi tanıyıb