Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü zamanı zərər çəkmiş Tərtər və Bərdə rayonlarında yerləşən 500 ailəyə humanitar yardım göstərilib.
Nazirliyin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, bu rayonlardakı şəhid ailələrinə, eləcə də Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində ailə üzvlərini və yaxınlarını itirən vətəndaşlarımıza XİN-in rəhbərliyi və kollektivi adından başsağlığı verilib, onlara humanitar yardım göstərilib.