Bildiyiniz kimi dünyanın bir çox ölkəsində Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edilir. Lakin hələdə ermənilər tərəfindən xalqımıza qarşı təxribatlar davam etməkdədir. Bu gün saat 21.10-da TV1000 kanalında saxta “erməni qenosidi”-nə həsr olunmuş ABŞ istehsalı olan “The Promise” filmi kanal tərəfindən nümayiş etdirilməyə başlamışdır. TV1000 Azərbaycanda KATV şirkəti tərəfindən translyasiya edilir.
Türk.az saytının haqlı iradından sonra KATV şirkəti TV1000 kanalının yayımını müvəqqəti dayandırmışdır. Redaksiyamız bu hərəkətinə görə şirkətə təşəkkürünü bildirir.