Xorvatiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktı ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda deyilir: “Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik. Diplomatik missiyalara qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, bu çətin anlarda düşüncələrimiz zərərçəkənlərin və onların ailələrinin yanındadır”.