Xudafərin və Qız Qalası hidroqovşaqlarının tikintisi başa çatıb və hazırda turbinlərin quraşdırılması mərhələsi başlanıb.
Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabının qələbəsinin 43 illiyi və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.
“Dünyanın hər bir yerində sərhəd çayları ilə əlaqədar konflikt var. Lakin İran və Azərbaycanın sərhəd çaylarından birgə istifadə etmələri dünyaya nümunədir. Bununla əlaqədar ötən il Araz çayından birgə istifadənin 50 illiyi qeyd edildi”, – deyə səfir əlavə edib.