Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarında informasiya təhlükəsizinin qorunması və eləcə də əməkdaşların sahə üzrə məlumat və biliklərin artırılması istiqamətində fəaliyyət göstərmələri üçün təlimatlar keçirilib.
AZƏRTAC xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov Dövlət Qurumlarının İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə Toplantısında bildirib.
O qeyd edib ki, xidmət tərəfindən keçirilmiş təlim nəticəsində 120-dən artıq dövlət qurumu ilə iş və təlimatlandırılma aparılıb: “Dünyada informasiya texnologiyaları inkişaf etdiyi bir vaxtda qarşımızda önəmli prioritetlər qoyulub. Kibercinayətkarlıqla mübarizədə önəmli tədbirlər həyata keçirilir”.
A.Əhədov əlavə edib ki, bu gün informasiya təhlükəsizliyi sahəsində çalışanlar Azərbaycanın intellektual gənclərdir.