Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub

Avqustun 4-də Muğla vilayətinin Kavacık rayonu ərazisindəki meşə yanğınları şiddətlənib. Səhər saatlarında Azərbaycan yanğınsöndürənlərin əksər hissəsi bu bölgəyə ezam olunub. Böhran məntəqəsinə çatmaq üçün təxminən 2,5 saat yol qət edən yanğınsöndürənlərimiz bir neçə yüksəkliyi aşaraq dəniz səviyyəsindən təxminən min metr yüksəklikdə alovlarla mübarizəyə başlayıblar.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, Çayhisar və Köyceğiz kəndlərinin ətrafında yerləşən meşələrdə üç istiqamətdə yanğınlar daha geniş əraziyə yayılıb.

Helikopter, ağır texnika və yanğınsöndürmə avtomaşınlarının intensiv çalışdığı ərazidə Azərbaycan yanğınsöndürənlərinin əsas hədəfi alovların yaşayış məskənlərinə keçməsinin qarşısını almaqdır.

Qəflətən şiddətlənən yanğın bölgəni əhatəyə alıb. Yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

ƏvvəlkiAzərbaycan və Yaponiyanın xarici işlər nazirləri arasında telefon danışığı olub
Növbətiİctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir