2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Tekirdağ limanı 12 milyon 319 min 362 ton yük qəbul edib.
Trend TurkicWorld-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Tekirdağ limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 379 min 534 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 11 milyon 939 min 828 ton yük daşınıb.
“2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Tekirdağ limanından 7 milyon 502 min 988 ton tranzit yük aşırılıb”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2023-cü ilin iyun ayında Türkiyə limanları 33 milyon 722 min 433 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 922 min 48 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 800 min 385 ton olub”, – deyə nazirlikdən bildirilib.
Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 194 milyon 518 min 498 ton yük qəbul edib.
“2023-cü ilin yanvar-iyun aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 14 milyon 375 min 119 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 180 milyon 143 min 379 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanlarından 34 milyon 926 min 267 ton transit yük daşınıb.
Qeyd edək ki, 2022-ci ildə Türkiyə limanları 394 milyon 90 min 21 ton yük qəbul edib.
Bu dövrdə, Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 28 milyon 443 min 135 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 365 milyon 646 min 886 ton təşkil edib.