Yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 172,1 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 12,1 faiz azdır.
Ötən ay alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 5,4 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.