Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibəti ilə konfrans keçirilib.
Tədbirdə şəhər , YAP İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Rauf Əliyev, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, Qərb bölgəsinin YAP rayon təşkilatlarının sədrləri, partiya fəalları və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı Heydər Əliyevin adını daşıyan Mərkəzdə ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransı giriş sözü ilə açan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov YAP-ın yaradılmasının 26-cı, YAP Gəncə şəhər təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə partiya üzvlərini təbrik edib, ən xoş arzularını bildirib. İcra başçısı qeyd edib ki, ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malik olan Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin ideyaları ilə yaşayır və inkişaf edir. İyirmi altı illik şərəfli tarixə malik
YAP Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir və böyük uğurlara imza atır.
Xalqın haqlı olaraq Heydər Əliyev partiyası adlandırdığı Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın qüdrətlənməsinə, dövlətçiliyimizin inkişafına xidmət edəcək, xalqın yeganə etimad ünvanı olaraq hakim siyasi təşkilat statusunu özündə saxlayacaq.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, ulu öndər Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan uğurlardan danışıb. YAP-ın xalqımız və Azərbaycan dövlətçiliyi qarşısında böyük xidmətlərindən bəhs edən Siyavuş Novruzov. bildirib ki, YAP yarandığı gündən xalqa, dövlətə xidməti fəaliyyətinin əsas xətti kimi qəbul edib. Ümummilli lider
Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP-ın Azərbaycanın ictimai-siyasi həyatına daxil olması ilə Azərbaycanın tarixində yeni dövr başlayıb.
Millət vəkilləri Musa Quliyev, Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədr müavini, AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, ADAU-nun rektoru, professor İbrahim Cəfərov, çıxış edərək partiyanın keçdiyi şərəfli inkişaf yola nəzər salıblar.
Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında YAP-ın mühüm rolu və xidmətlərindən söz açan natiqlər Prezident cənab İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasının uğurla reallaşdırıldığını və dövrün tələbləri baxımından inkişaf etdirilərək bütün sahələrdə möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulayıblar.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev çıxış edərək, Prezident cənab İlham Əliyevin sədri olduğu YAP-ın bu gün bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi vəzifələr qoyduğunu diqqətə çatdırıb. Naqif Həmzəyev həmçinin bildirib ki, 252 ərazi ilk partiya təşkilatında 42 112 nəfər partiya üzvünü birləşdirən YAP Gəncə şəhər təşkilatı da böyük inkişaf yolu keçərək, öz sıralarını daim genişləndirib, partiyanın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin icrasını ləyaqətlə yerinə yetirib. Sevindirici haldır ki, təşkilatının üzvlərinin 56,3 faizini gənclər, 62,7 faizini isə qadınlar təşkil edir. Bütün bunlar YAP Gəncə şəhər təşkilatının üzvlərinin Yeni Azərbaycan Partiyasının Sədri, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyinin, müstəqil Azərbaycanın çiçəklənməsi və tərəqqisi naminə əzmkarlıqla fəaliyyət göstərdiklərinin göstəriciləridir.
Tədbirin sonunda Gəncə şəhərinin ictimai-siyasi həyatında fəallıq göstərən veteran partiya üzvləri təltif edilib, YAP sıralarına yeni qoşulan bir qrup gəncə partiya vəsiqələri təqdim olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov YAP Gəncə şəhər təşkilatının 42 mininci üzvlük vəsiqəsini ADAU-nun tələbəsi Gülşən Nəbiyevaya təqdim edərək, milyonlarla insanın inam və etimad ünvanına çevrilən partiyanın sıralarında uğurla addımlamağı arzulayıblar.