YAP Gəncə şəhər təşkilatının təşəbbüsü ilə “N” saylı hərbi hissədə Azərbaycan dövlətinin banisi Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Tədbir unudulmaz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Dövlət Himni səsləndirilib.

YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindən söz açıb, onun respublikaya ilk dəfə rəhbərlik etdiyi dövrdə bu günkü müstəqilliyimiz üçün mühüm iqtisadi və mənəvi potensialın yaradıldığını bildirib. Naqif Həmzəyev 1969-cu ilin iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı gələcəyinin təməlini qoyduğu kimi Azərbaycan Ordusunun da formalaşmasında müstəsna rolununun danılmaz olduğunun xüsusi ilə vurğulayıb.

Gəncə Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Hüseyn Bəxtiyarov çıxış edərək qeyd edib ki, ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövrü eyni zamanda milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıcı dövrüdür. Dahi rəhbərin bütün fəaliyyəti xalqın milli dirçəlişi, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. Uzaqgörən böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji, siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələri üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.Nuhun Hamza adlı şəxsin şəkli.

Nuhun Hamza adlı şəxsin şəkli.

Nuhun Hamza adlı şəxsin şəkli.

Nuhun Hamza adlı şəxsin şəkli.

Nuhun Hamza adlı şəxsin şəkli.

 

 

ƏvvəlkiVilayət Eyvazov 41 nəfəri Bakı polisində vəzifəyə təyin edib
NövbətiGürcüstan Sərhəd Polisi Azərbaycanla sərhəddə baş verən insidentə aydınlıq gətirib