Hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində partiyanın namizədinin İlham Əliyev olacağını bildirib.
“Report”un xəbərinə görə, T.Budaqov jurnalistlərə açıqlamasında qeyd edib ki, yaxın günlərdə YAP İdarə Heyətinin iclası keçiriləcək.
Onun sözlərinə görə, iclasda Prezidentliyə namizəd irəli sürüləcək: “2021-ci ildə keçirilən sonuncu qurultayda qəbul edilən nizamnaməyə görə, Prezidentliyə namizədliyin irəli sürülməsi səlahiyyəti İdarə Heyətinə verilib”.
“Uzun illərdir hər kəs deyirdi ki, Qarabağı kim azad etsə o, bizim əbədi prezidentimiz olacaq. İlham Əliyev 20 ildə həyata keçirdiyi siyasətlə, Azərbaycan xalqına xidmətlə və işğal olunmuş əraziləri azad etməklə bu vəzifəni, titulu daşımağı qazanıb. Düşünürəm ki, hər bir vətənpərvər azərbaycanlı bu fikirdədir. İdarə Heyətinin iclasında da hər kəs öz fikrini bildirəcək. YAP-ın bu barədə fikri qətidir”, – T.Budaqov qeyd edib.