Yaponiya Kuril adalarının cənubunda qırıcıların yerləşdirilməsiylə əlaqədar Rusiyaya etiraz notası göndərib.
Türk.az xəbər verir ki, bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Notanın Rusiya Xarici İşlər Nazirliyinə 3 avqustda göndərildiyi bildirilib.
Qeyd edək ki, keçən həftə Rusiya Kuril adalarının cənubunda Su-35C təyyarələrini yerləşdirmişdi.