Bu gün Yaponiyanın qərbindəki İşikava prefekturasının sahillərində 1,5 saat ərzində maqnitudası 5 ilə 7,6 arasında olan 9 zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, dövlət televiziyası NHK-nın canlı yayımında sahildə yaşayanlar üçün “Böyük sunamidən dərhal qaçın” xəbərdarlığı edilib.
Yaponiya Meteorologiya Agentliyinin bəyanatına görə, Noto yarımadasında və İşikava sahillərində ardıcıl zəlzələlər baş verib. Bölgədə 4-5 bal gücündə zəlzələlərin davam etdiyi bildirilib.