“Şanşan” qasırğasının Yaponiyaya yaxınlaşması səbəbindən 133 reys təxirə salınıb.
Türk.az xarici mətbuata istinadən xəbər verir ki, proqnozlaşdırılan təbii fəlakət səbəbindən dəmir yollarında da bəzi ekspress qatarların hərəkət cədvəlində dəyişiklik edilib, bəzi reyslər təxirə salınıb.
Proqnoza görə, qasırğa artıq axşam saatlarında paytaxta çatacaq.
Hazırda güclü yağış yağdığı və sürətli külək əsdiyi bildirilir.