“Hazırda Azərbaycana 9 ədəd “Body Scan” (B-Scan, texniki nəzarət vasitəsi) gətirilib”.
“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Nəzarətinin təşkili və ticarətin asanlaşdırılmasının baş idarəsinin əməkdaşı Böyükağa Şəfiyev bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda ölkənin bütün beynəlxalq hava limanlarında yeni yoxlama aparatları quraşdırılacaq.
Komitə rəsmisi əlavə edib ki, sözügedən cihazın cənub sərhəd-keçid məntəqələrində də quraşdırılması gözlənilir.