Yazıçı Azər Abdulla COVID-19-dan dünyasını dəyişib.
Bu barədə “Report”a açıqlamasında onun oğlu, yazıçı Alpay Azər məlumat verib.
O bildirib ki, atası ötən gün vəfat edib: “Xəstəliyi ağır keçirirdi. 20 günə yaxın xəstəxanada müalicə aldı, amma onu itirdik”.
Yazıçı özünün vəziyyətinin yaxşı olduğunu vurğulayıb.
Qeyd edək ki, mart ayının əvvəli ata-oğul hər ikisi koronavirusa yoluxmuşdu. A.Abdulla vəziyyəti ağır olduğu üçün Yeni Klinikaya yerləşdirilərək süni tənəffüs aparatına qoşulmuşdu.
Allah rəhmət eləsin!