Yer planeti və Mars 2003-cü ildən sonra ilk dəfə 31 iyulda bir-birilərinə ən yaxın vəziyyətə gələcək.
Türk.az xəbər verir ki, Qırmızı planet 31 iyul 2018 tarixində dünyaya 57.6 milyon kilometrə qədər yaxınlaşmış olacaq.
Sözügedən tarixdən əvvəl 27-30 iyul tarixlərində Yerə getdikcə yaxınlaşan Mars səmada aydın vəziyyətdə müşahidə oluna biləcək. Cənub istiqamətində üfüqdə 35 dərəcəlik bir bucaqda görünəcək Marsı gecə boyu izləmək olacaq.
Xatırladaq ki, planetimizlə Marsın ən yaxın vəziyyətə gələ bilməsi üçün Marsın Günəşə ən yaxın mövqeyi ilə Yerin Günəşə ən uzaq olduğu mövqe üst-üstə düşməlidir. Bundan əvvəl ilk dəfə 2003-cü ildə planetlər bir-birinə ən yaxın vəziyyətdə dayanmışdı.