Yevlaxın Aran qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə “Hyundai” markalı minik avtomobili ilə kiçiktutumlu yük maşınının toqquşması nəticəsində qeydə alınıb.
Nəticədə yük maşınının sürücüsü, Ağsu rayon sakini, 1991-ci il təvəllüdlü Ramal Hüseynov və “Hyundai” markalı avtomobildə sərnişin qismində olan, Sumqayıt şəhər sakini, 1957-ci il təvəllüdlü Kəfayə Bənnayeva xəsarət alıblar. Onların hər ikisi xəstəxanaya çatdırılıb.
“Hyundai” markalı avtomobilin sürücüsü hadisədən xəsarətsiz ötüşüb.
Faktla bağlı araşdırma aparılır.