Bu həftə Yunanıstanın Afina şəhərinin şimal-şərqindəki meşə yanğını 104 kvadratmetr ərazini əhatə edib.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının peyk xəritələri agentliyinin məlumatları sübut edir.
“Yanğın qeydə alınan ərazi Manhettendən təxminən iki dəfə böyük olub, alov paytaxtın kənarında aparılan genişmiqyaslı işlər nəticəsində lokallaşdırılıb”, – məlumatda deyilir.
Yunanıstan mətbuatının məlumatına görə, Afina yaxınlığında yanğının söndürülməsi davam edir. Qonşu Türkiyə də daxil olmaqla 9 ölkə Yunanıstana təyyarə və helikopterlər də daxil olmaqla yardım göndərib.
Afina Milli Rəsədxanasının yenilənmiş hesablamalarına görə, son səkkiz il ərzində Attika bölgəsində 450 kvadratmetr sahə yanıb.
Qeyd edək ki, avqustun 11-də baş verən yanğın nəticəsində bir nəfər ölüb, onlarla insan yaralanıb. Yanğın ən azı 100 evi məhv edib.