“Humayun” sosial problemlərin həllinə kömək ictimai birliyi tərəfindən həyata keçirilən “Yurdum” sosial eko-kənd layihəsinin icrası davam edir.
19 avqust 2024-cü il tarixində layihənin benefisiarlarını iştirakı ilə Cıdır Atçılıq Mərkəzinə səfər təşkil edilib.
Mərkəzin rəhbərliyinin dəstəyiylə baş tutan gəzinti zamanı benefisiarlar atlarla ünsiyyətdə olub. Onlar üçün atla gəzinti təşkil edilib.
Qeyd edək ki, sosial mühitlə adaptasiyada hippoterapiyanın rolu əvəzsizdir və bu səfər benefisiarların emosional və fiziki sağlamlığlnda müsbət izlər buraxıb.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilmiş “Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və asudə vaxtlarının səmərəli təşkili” adlı tenderin qalibi olub.