“Yurdum”-da kulinariya vörkşopu keçirildi

Humayun QHT tərəfindən həyata keçirilən “Yurdum” sosial eko-kənd layihəsi xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə adaptasiyasına dəstək göstərir. 3 oktyabr tarixində mərkəzdə kulinariya bacarıqlarını inkişaf etdirmək məqsədilə vörkşop təşkil olunub. İştirakçılar sosial işçilərin dəstəyiylə əylənərək və öyrənərək özlərini mətbəxdə sınadılar. Vörkşop onların özünə inamında və yeni praktiki bacarıqların qazanılmasında müsbət təsir göstərdi.

"Yurdum"da kulinariya vörkşopu keçirildi"Yurdum"da kulinariya vörkşopu keçirildi

“Yurdum”un əsas hədəfi əlilliyi olan şəxslərin öz bacarıqlarından istifadə edərək özlərini cəmiyyətin bir üzvü kimi hiss etməyini təmin etməkdir. Fiziki sağlamlıqla yanaşı ruhi sağlamlığın da vacibliyini vurğulayan layihə rəhbəri Firəngiz Hüseynova inklüziv icmada hər kəsin özünəməxsus bir fəaliyyət və məşğuliyyət tapa biləcəyini bildirdi.

ƏvvəlkiAşıq Ələsgərin nəticəsi Ələsgərsevərlər adından Prezidentə təşəkkür etdi
NövbətiTürkiyədə hava limanına ildırım düşüb, bir işçi yaralanıb