8 Noyabr – Zəfər Günü münasibətilə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin həyətində ağacəkmə aksiyası keçirilib.
“Report”un Qarabağ bürosunun məlumatına görə, aksiyadan öncə rayonun ziyalıları ilə görüş keçirilib.
Görüşdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev çıxış edib. O, zəfər tariximizin ikinci ilində keçirilən bu görüşün və tədbirin əhəmiyyətindən söz açıb.
Daha sonra nümayəndəlik tərəfindən Ağalı kənd tam orta məktəbin müəllimləri xatirə hədiyyələri ilə mükafatlandırılıblar. Tədbir məktəbin həyətində ağacəkmə aksiyası ilə davam etdirilib və məktəbin həyətində 100 ədəd müxtəlif növ meyvə ağacı əkilib.